Mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” klubunun üzvü Ravil Məhəmmədov səhhəti ilə əlaqədar heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ” klubunda çıxış edən İbrahim Aslanlı yığmaya dəvət olunub.