“Neftçi”nin futbolçusu da milliyə dəvət aldı
24.08.2023 , 13:55

“Neftçi”nin müdafiəçisi Mark Tamaş Macarıstan milli komandasına dəvət olunub.
Korner.az xəbər verir ki, 29 yaşlı futbolçunun adı AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Serbiya ilə səfər, 10-da isə Çexiya ilə ev matçlarına çağırılan geniş heyətə salınıb.
Tamaş Macarıstan milli komandasının heyətində 1 oyunda meydana çıxıb.
