“Neftçi”nin futbolçusu cəzalı duruma düşdü
30.09.2018 , 13:46

Neftçi”nin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.
U-21 millimizin müdafiəçisi Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Səbail”lə oyunda mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Bu isə o deməkdi ki, Anton oktyabrın 5-də Topaz Premyer Liqasının 7-ci turunda “Sabah”la oyunu buraxacaq.
