“Sumqayıt”la oyunda qələbə qazanmaq laızmdı. Çünki ikinciliyi qorumaq baxımından 3 xal vacibdi. “Qəbələ”nin uğurlu çıxışındna xəbərdarıq. Lakin biz oturub onlara “balet” edəsi deyilik. İnanıram ki, bu gün qələbə bizim olacaq”.
Bu sözləri korner.-az açıqlamasında “Neftçi”nin futbolçusu Emin Mehtiyev deyib.
Paytaxt klubunun üzvü diqqətlərinin daha çox kubokda olduqlarını gizlətmir:
“Açığı əsas hədəfimiz kuboku götürməkdi. Çünki bioz mövsümü titulla başa vurmaq istəyirik. Buna görə də, kuboku qazanmalıyıq”.
Mehtiyev 2 aydı maaaşların verilməməsinə də toxunub:
“Buna fikir vermirik. Çünki bugünə kimi heç kimin pulu “Neftçi”də “batmayıb”. Qəpiyinə kimi ödəyiblər. Belə şeylərə fikir vermədən oyunumuzu oynayırıq. Gecikmələr hər yerdə ola bilər”.
