“Neftçi”nin futbolçusu Bruno Bertuççi komandadan getmək istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə braziliyalı oyunçu özü açıqlama verib.
Bertuççi bildirib ki, yenidən vətənində oynamaq istəyir: “Braziliyaya qayıtmaq istəyirəm. Bunun nə vaxt baş verəcəyini bilmirəm. Amma bir gün mütləq olacaq”.
Qeyd edək ki, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Bertuççiyə təkliflərin olduğunu bildirib. Vitse-prezident futbolçunu satmağa hazır olduqlarını da deyib.