“Neftçi”nin müdafiəçisi Məqsəd İsayev Türkiyədə tibbi yoxlanışdan keçdikdən sonra Almaniyaya yollanaraq orada əməliyyat olunub.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçunun menisk nahiyyəsində aparılan əməliyyat uğurla nəticələnib.
Hazırda müalicəsini davam etdirən futbolçu 4 gündən sonra komandanın düşərgəsinə qoşulacaq.
Məqsəd İsayev U-21 yığma komandasının heyətində “Qarabağ” klubu ilə keçirilmiş yoxlama oyununda zədələndiyindən, onun əməliyyat və müalicə xərclərini AFFA ödəyir.
