“Neftçi”nin futbolçusu əməliyyat olundu
25.10.2020 , 16:26

“Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyədə dirsək oynağından əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Həkimlərin rəyinə görə, qolkiper gələn həftədən bərpa məşqlərinə başlayacaq. Ağayevin 3 həftədən sonra topla hazırlığa start verməsi planlaşdırılır.
Qeyd edək ki, S.Ağayev 2017-ci ildən “ağ-qaralar”da oynayır.
