“Neftçi” futbolçularına bir neçə aydır ki, maaş vermir.
Korner.az azerisport.az-a istinadən xəbər verir ki, artıq yığılan borclar bütövlükdə 2 500 000 manata çatıb.
Bu üzdən də komanda üzvləri yaranan vəziyyətdən narazıdırlar. Onlar bir neçə dəfə klub rəhbərliyinə etirazlarını da bildiriblər. Lakin vəziyyət hələ ki, düzəlmir.
Qeyd edək ki, klubun borcu olanlardan biri də keçmiş prezident Sadıq Sadıqovdur. Hansı ki, o, hazırda “Neftçi”nin Müşahidə Şurasının üzvləridir.
