Bu gün Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən”Simurq” – “Neftçi” matçının fasiləsində qalmaqal yaşanıb.
Korner.az Rekord.az-a istinadən xəbər verir ki, komandalar fasiləyə yollanan zaman “Neftçi”nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb.
Tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar. Yalnız kənardakıların müdaxiləsindən sonra onları sakitləşdirib soyunub-geyinmə otağına aparmaq mümkün olub.
