21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Macarıstanın “Haladas” komandası ilə qarşılaşan yığmamız 2:1 hesablı qələbə qazanıb. Futbolçularımızdan Araz Abdullayev və Elvin Yunuszadə fərqlənib.
