“Neftçi”nin futbolçuları Haiti millisinə çağırıldı
01.10.2019 , 16:22
“Neftçi” PFK-nın futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar.
Korner.az xəbər verir ki, yarımmüdafiəçilər oktyabrın 10-da Kosta Rika ilə KONKAKAF Milli Liqası matçına, 15-də isə Boliviya ilə yoldaşlıq oyununa çağırılıblar.
Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 16 oyunda 2, Gerye isə 44 oyunda 11 qol vurub.