Bir neçə gün əvvəl ailə quran “Neftçi”nin hücumçusu Bahodir Nasimov Bakıya qayıdır. Özbək forvard sabah Bakıda olacaq.
Korner.az-ın məlumatına görə, Bahodir Nasimovun toy mərasimi vətəni Özbəkistanda keçirilib. Toya “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov, futbolçu Mirhüseyn Seyidov və bir neçə klub nümayəndəsi qatılıb.
