Neftçi TV-nin 11 il əvvəl Birlik Kuboku çərçivəsində keçirilmiş "Neftçi" – "Pünik" (2:0) matçı ilə bağlı qısametrajlı filmi birmənalı qarşılanmayıb. Filmdə o dövrdə klubun prezidenti olmuş Rövnəq Abdullayevin və vitse-prezidenti olmuş Ramin Musayevin adlarının çəkilməməsi, hətta görüntülərinin yer almaması diqqətdən qaçmayıb.
Filmin ssenari müəllifi və klubun mətbuat katibi Mehman Rəsulov isə Korner.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
"Film azarkeş dilindən danışılır, özü də 11 yaşlı futbolçulara. Belə olan halda sırf baş məşqçi və futbolçularla kifayətləndik. Film işində az da olsa, təcrübəm var. Ola bilsin ki, gələn il başqa formatda etsək, dediyiniz kimi də etmək olar. Yəni yaradıcı yanaşma, tərz və s. Bu işimizin ajiotaj doğurması xoşdur və çox sayda insan bəyəndiyini dedi. Dediyim kimi, ola bilsin, gələcək layihələrdə fərqli təqdimatda işlədik", – deyə Rəsulov bildirib.
