“Neftçi”nin Avropa Liqasındakı ev oyunlarını canlı yayımlayacaq telekanalın adı bəlli olub.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar”ın oyunu “CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Əldə etdiyimiz məlumata görə artıq tərəflər arasında bu barədə razılıq əldə olunub.
Qeyd edək ki, “Naftçi” Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Baltsan” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş Maltada, cavab görüşü isə 1 həftə sonra ölkəmizdə baş tutacaq.
