“Neftçi”nin cavab oyununa hakim təyinatları
02.07.2022 , 15:32

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”i ilə cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq görüşə Almaniyadan olan hakimlər təyinat alıb. Baş hakim Bastian Dankertə Yan Zidel və Eduard Baytinger kömək edəcəklər. Dördüncü hakim Sven Yablonski olacaq.
Qeyd edək ki, bu komandalar arasında iyulun 21-i saat 21:30-da “AEK Arena”da keçiriləcək ilk matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim İvan Bebek, onun köməkçiləri Qoran Pataki və Luka Payiç olacaqlar. Dördüncü hakim funksiyasını Dario Bel icra edəcək.
