“Neftçi”nin büdcəsi nə qədərdir?
10.09.2020 , 18:53

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klubun televiziyasına açıqlamasında bu mövsüm üçün xərclərin 35 faiz azalacağını deyib.
Korner.az xəbər verir ki, o, koronavirus pandemiyasının “ağ-qaralar”a da təsir etdiyini deyib:
“Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq.
Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq.
Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb”.
