“Neftçi”nin “Bney Yehuda” ilə matçının vaxtı açıqlandı
02.08.2019 , 10:16

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki,komandalar arasında ilk oyun avqustun 8-də “Bakcell Arena”da,cavab görüşü isə ayın 15-də Tel-Əvivdə keçiriləcək.Hər iki oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
