“Neftçi”nin Bakıdakı oyununun da vaxtı açıqlandı
15.07.2021 , 11:37

“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la cavab oyununun başlama saatı müəyyənləşib.
Korner.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 28-i Bakıda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, sözügedən matç “Bakcell Arena”da oynanılacaq.
Xatırladaq ki, bu komandalar arasında Yunanıstanda iyulun 21-i keçiriləcək ilk qarşılaşmaya isə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
