Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Neftçi"nin bütün oyunlarının başlama saatları açıqlanıb. Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar"ın bütün ev matçlarl eyni vaxtda – 21:00-da start götürəcək.
Qeyd edək ki, ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək "Neftçi" ilk matçında İtaliya "İnter"i, son görüşündə isə "Partizan" (Serbiya) klubu ilə qarşılaşacaq.
"Neftçi"nin Avroliqadakı oyunlarının təqvimi belədir:
20 sentyabr
00:05. "Partizan" (Serbiya) – "Neftçi" (Azərbaycan)
4 oktyabr
21:00. "Neftçi" (Azərbaycan) – "İnter" (İtaliya)
25 oktyabr
21:00. "Rubin"(Kazan, Rusiya) – "Neftçi" (Azərbaycan)
8 noyabr
21:00. "Neftçi" (Azərbaycan) – "Rubin" (Kazan, Rusiya)
22 noyabr
21:00. "Neftçi" (Azərbaycan) – "Partizan" (Serbiya)
6 dekabr
00:05. "İnter" (İtaliya) – "Neftçi" (Azərbaycan)
