“Neftçi”nin Avroliqada keçirəcəyi ilk oyunun başlanma saatı açıqlanıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman iyulun 17-də 8-ci km qəsəbə stadionunda keçirəcəyi görüş saat 20:00-da başlanacaq.
“Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Koper” (Sloveniya) – “Çelik” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
