Futbol

“Neftçi”nin “Aris”lə oyunlarının vaxtı açıqlandı

23.06.2022 , 15:25

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib.

Korner.az xəbər verir ki, İyulun 21-i “AEK Arena”da baş tutacaq ilk matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. İyulun 28-i “Bakcell Arena”da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.

Son yazılar

Yuxarı