Kazana aparılmayan "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, gənc futbolçu damar genişlənməsi səbəbindən əməliyyat edilib. Əməliyyat Bakıdakı klinikaların birində baş tutub.
Qeyd edək ki, futbolçunun əməliyyatı yaxşı keçib. İmamverdiyevin təxminən 1 ay sonra məşqlərə başlayacağı gözlənilir.
