“Neftçi”nin açıq məşqi olacaq
31.08.2020 , 18:36

Sentyabrın 11-i “Bakcell Arena”da Premyer Liqanın II turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı davam etdirən “Neftçi” sabah “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxacaq.
Korner.az xəbər verir ki, saat 18:00-da start götürəcək məşqin ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq.
Məşqdən əvvəl, saat 17:30-da baş məşqçi Füzuli Məmmədov media nümayəndələrinin suallarını cavablandıracaq.
