Premyer Liqanın XXXIII turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” tam heyətlə hazırlaşa bilmir.
Korner.az-ın məlumatına görə, qarşılaşmadan öncə “ağ-qaralar” 6 futbolçu ilə bağlı problemi var.
Belə ki, Erik Ramosla Denis Silva sarı vərəqə limiti, Araz Abdullayev qırmızı vərəqə üzündən meydana çıxmayacaq. Mirhüseyn Seyidov, Bahodir Nasimov və Ernst Nfor isə zədədən əziyyət çəkir.
