"Neftçi"nin 3 üzvü Rusiya Premyer Liqa klublarının maraq dairəsindədi.
Korner.az-ın məlumatına görə, bu barədə Böyükağa Hacıyev məlumat verib. Çalışdırıcı bildirib ki, "Rubin"lə oyundan sonra Kazan təmsilçisinin nümayindələri Flavinyo ilə bağlı Hacıyevlə maraqlanıblar. Bundan əlavə "ağ-qaralar"ın çalışdırıcısı Bertuççinin "Volqa"nın hədəfində olduğunu da, gizlətməyib.
Yerli futbolçularda isə, Tərlan Quliyevin Rusiya Premyer Liqa klublarının maraq dairəsində olduğunu bildirdən Hacıyev ad açıqlamayıb.
