"Qələbə qazanacağımızı gözləyirdik. Ancaq qələbə qolunu vuracağımı heç gözləmirdim. Sevindirici haldır mənim üçün. İstəyirəm belə halları çox yaşayım".
Bu sözləri Korner.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
"Neftçi" üzərindəki qələbənin memarı olan gənc futbolçu bildirib ki, rəqibin yorğunluğu onların işinə yarayıb : "Əsas olan qələbə idi. Yaxşı oyun oldu. Şükür Allaha, qələbə qazandıq. Bu oyuna çox hazırlaşmışdıq. Oyun çətin keçdi. Ancaq "Neftçi"də Çempionlar Liqasında çıxışı ilə əlaqədar yorğunluq hiss olunurdu".
