Bu gün Topaz Premyer Liqasında 21-ci turun daha bir oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, “Neftçi” öz meydanında əzəli rəqibi “Xəzər Lənkəran”ı qəbul edəcək.
Cənub təmsilçisi yaxşı günlərini yaşamadağından, bir vaxtlar “böyük oyun” adlandırılan bu duelə əvvəlki qədər maraq yoxdur.
“Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq.
13 fevral
17:00.“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Qol: Elşən Abdullayev, 86
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev
“Bakcell Arena”
