Braziliyalı futbolçu Bruno Bertuççu “Neftçi”nin düşərgəsinə qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sol cinah müdafiəçisi vətənində müalicəsini başa vuraraq Bakıya dönüb. O, 1 həftəlik fərdi məşqlərdən sonra komanda ilə birgə hazırlığa qatılacaq.
Qeyd edək ki, Bertuççi ötən ay AZAL-a 3:1 hesabı ilə qalib gəldikləri səfər oyununda zədələnmişdi.
