Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" iki futbolçusunun xidmətindən məhrum ola bilər.
Korner.az-ın məlumatına görə, bunlar Araz Abdullayev və Tərlan Quliyevdi.
Sözügedən futbolçuların hər ikisinin hərbi xidmətə çağırılma müddəti yetişib. Bununla bağlı məsələyə "ağ-qaralar"ın rəhbərliyi yaxın günlərdə tam aydınlıq gətirəcək.