“İlk hissədə zəif çıxış etdik. Futbolçulardan belə oyun gözləmirdim”.
Bu sözləri “Neftçi”nin məşqçisi Elşad Əhmədov deyib.
“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Sumqayıt”a məğlub olub – 1:0.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik”.
– Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?
– Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.
– Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətirilib. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?
– Vallah, mən öz işimin öhdəsindən gəlməyə çalışıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
– Yeni gələn baş məşqçiyə “Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?
– Çox vaxt lazımdır. (Futbol11.az)
