“Neftçi”dən yeni transfer – Rəsmi
21.01.2022 , 21:12
“Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Pato ilə 2,5 illik müqavilə bağlanıb. 20 yaşlı futbolçu komandanın heyətində 77 nömrəli formanı geyinəcək.
“İnternasional” (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsi olan Pato “Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və “Kuyaba”da (2021, 9 oyun) çıxış edib.