big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Neftçi”dən xaricə ilk “yolçu”: “Qarşımda taleyüklü sual var idi: hansı ölkənin millisində oynamalıyam?” – LAYİHƏ

13.02.2017 , 17:09

Sportfm.az və Korner.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində beşinci yazısı
 
Əvvəlini oxumaq üçün buraya kliklə: http://korner.az/v3/xeber/37894/
 
Ötən əsrin 90-cı illərində ölkədə baş verən hadisələr, Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin bütün sahələri kimi futbolumuzu da iflic həddinə çatdırmışdı. O dövrdə “Neftçi”nin yaşadıqlarına ötən yazımızda geniş yer ayırmışdıq. Qısaca xatırladaq ki, əvvəlcə MDB çempionatında iştirak etmək qərarı verilsə də, sonradan daxili çempionatın təşkil edilməsinə qərar verildi. Bu vəziyyət “ağ-qaralı” komandada böhrana səbəb oldu və bir neçə oyunçu komandanı tərk etdi. Ancaq Əhməd Ələsgərov qısa müddətdə heyəti toparladı və “Neftçi”yə ilk Azərbaycan çempionatının qalibi adını qazandırdı. Hərçənd bu da vəziyyəti müsbət məcrada dəyişmədi və mövsüm bitən kimi Ələsgərovla yanaşı, bir sıra aparıcı oyunçular komandanı tərk etdilər. Futbolçular arasında ölkə xaricinə çıxmaq qərarını ilk verən isə Dmitri Kramarenko oldu. Bu, həm də onun 10 illik Rusiya karyerasının başlanğıcı idi. İllərlə bu ölkədə çıxış etsə də, Azərbaycana, Bakıya bağlı qaldı Dima.
Eynən atası və həm də ideallaşdırdığı kumiri Sergey Kramarenko kimi… 
“Ona mənim haqqımda danışmışdılar”
– 1993-cü ildə ilk Azərbaycan çempionatının qalibi olduqdan sonra legioner həyatı yaşamaq qərarı verən ilk “Neftçi”lisiniz. İstəyirəm, söhbətə elə həmin dövrü xatırlamaqla başlayaq. 
– Müstəqil Azərbaycanın ilk çempionatında biz birinci yeri tutduq. Onda 18 yaşım var idi. Həmin dövrü çox yaxşı xatırlayıram, komandanın kapitanı Əsgər Abdullayev idi, karyerasının son illərini keçirirdi. Ondan başqa, heyətdə Yunis Hüseynov, Vidadi Rzayev, Vladislav Nosenko, İqor Getman, Emin Ağayev, Samir Ələkbərov, Arif Əsədov kimi futbolçular çıxış edirdi. Çox yaxşı komandamız vardı. Ümumiyyətlə, həmin dövrdə əksər komandalar güclü idilər. Məsələn, “Kəpəz”i çox yaxşı xatırlayıram. Mehman Allahverdiyev, Mahmud Qurbanov kimi futbolçular bu komandada oynayırdı. “Sumqayıt” da güclü idi, Yaşar Vahabzadə, Azad Mütəllimov, Vaqif Sadıqov bu komandada idi. O illərdə “Neftçi” komandası ilə birgə güclü klublar da var idi:  Mingəçevirin “Kür”ü, Qax “Kürmük”ü, Tovuzun “Turan”ı, Lənkəranın “Xəzər”i və s. Görünür, bu da həmin komandaların SSRİ dövründə öz daxili çempionatımızda möhkəmlənmələrindən irəli gəlirdi. Çempionat çox maraqlıdı idi və biz o cür gərgin mübarizədə birinci yeri tutmuşduq. Mənə gəlincə, həmin dövrdə, daha dəqiqi, 15 yaşımdan mütəmadi olaraq SSRİ-nin yeniyetmələrdən ibarət milli komandalarına – U15, U-16, U-17 və U-18 – dəvət olunurdum. Yığmada ilk məşqçim Boris İqnatyev olub, sonra onu bu postda “Spartak”ın məşhur oyunçularından olmuş Viktor Papayev əvəzlədi. Görünür, millidə oynadığım müddətdə Moskva klubları məni nəzarətdə saxlayırmışlar. Çünki “Neftçi”dən gedəndə “Spartak” (Moskva) və ya “Dinamo”da (Moskva) oynamaq şansım var idi. Vəli Qasımov onda artıq “Dinamo”nun oyunçusu idi. Komandanı Valeri Qazzayev çalışdırırdı. Ona mənim haqqımda danışmışdılar, Vəli Qasımov da məsləhət bilmişdi.
Vəli mənə zəng etdi və dedi ki, səni burda görmək istəyirlər, sonra Qazzayev zəng etdi. Bilmirəm, həmin dövrdə “Neftçi”ilə müqaviləm vardı, ya yox, çünki o zaman indiki kimi rəsmi müqavilələr olmurdu, sırf formal xarakterli anlaşmalar olurdu. Rəhbərliklə danışdıq və “Dinamo”ya getməyimə mane olmadılar. 
 Özünüz də qeyd etdiz ki, həmin dövrdə çox güclü heyətiniz var idi, çempion olmuşduz. Ancaq birdən-birə hər şey alt-üst oldu: siz getdiz, sizin ardınızca bir çox aparıcı oyunçular komandanı tərk etdilər, sponsorlar klubdan imtina etdilər. Nə baş verirdi? Bütün bunlara səbəb ölkədəki siyasi-iqtisadi vəziyyətin pis olması idi, yoxsa başqa amillər də var idi?
– Əslində, mənim də tam yadımda deyil ki, nə baş verirdi. Ümumiyyətlə, 90-cı illərin əvvəllərində ölkədə vəziyyət çox pis idi. Və bu, təkcə “Neftçi”yə deyil, digər komandalara da mənfi təsirini göstərirdi. Ölkədə baş verənlər hamıya təsir etmişdi. Heydər Əliyevin gəlişinə qədər futbol heç kimin vecinə deyildi, çünki daha böyük problemlər yaşanırdı. Ona görə də məndən sonra futbolçular özlərinə iş yeri axtarmağa başladılar, kimisi İran, kimisi Türkiyə, kimisi Rusiyada və s. Məncə, əsas səbəb ölkədəki çətin iqtisadi-siyasi vəziyyət idi. Çünki yaxşı yadımdadır, atam öz dövründə Sovetin ən yaxşı qapıçılarından hesab olunurdu. Bütün karyerası boyunca Kiyevin və Moskvanın “Dinamo” klublarından, “Spartak”dan, bir çox Ukrayna klublarından dəvətlər alırdı, ancaq o, “Neftçi”də oynamağı daha üstün bilirdi. O, əsl patriot idi. Heç yerə getmədi, onun prisnipial xarakteri var idi. Bircə Əhməd Ələsgərovla birlikdə “Çernemorets”ə getdi, çünki artıq “Neftçi”də mübahisəli durum yaranmışdı. Komandaya yeni qapıçı – Yuri Romenskini gətirmişdilər, atamı ikinci plana atmaq istəyirdilər, o isə demişdi ki, ya oynayacağam, ya da gedəcəyəm. Təxminən bir il “Çernomorets”də qaldı və yenidən geri qayıtdı.  
“Qarşımda taleyüklü sual var idi”
 “Dinamo”ya gedəndən sonra yaxşı futbolçulara Rusiya millisində oynamaq təklif olunurdu. Sizə də elə təklif var idimi?
– “Ağ-göylər”in heyətində ilk oyunum o dövrün ən güclü komandasına – “Spartak”a qarşı idi. Millidə oynayan çox oyunçu orda oynayırdı: Onopko, Lyaxov, Pyatnitski, Çerçesov, Çerenkov, Tsımbalar, Karpin və s. Oyundan əvvəl Qazzayev dedi ki, qapıda sən dayanacaqsan. 19 yaşım var idi. Matç 1:1 bitdi və son dəqiqələrdə ağır zədə aldım. Daha sonra komandaya Konstantin Beskov baş məşqçi təyin olundu. Onunla ulduzumuz heç cür barışmadı və “Dinamo”nu tərk edib yenidən Qazzayevlə işləməyə qərar verdim – “Alaniya”ya keçdim.
Rusiya millisində oynamaq imkanına gəlincə, onda onların olimpiya yığmasını Yevgeni Kuçerevski çalışdırırdı. Məni dəvət etmişdi və qarşımda taleyüklü sual var idi: hansı ölkənin millisində oynamalıyam? Əslində, çox çətin sual deyildi, atam və anam Azərbaycan yığmasını seçməyimi istəyirdi. 1996-cı ildən qərar verdim ki, Azərbaycan millisində oynamalıyam, bu, mənim borcumdur, burda doğulub boya-başa-çatmışam, bura mənim vətənimdir, atam illərlə Azərbaycan futboluna xidmət edib və s. Ola bilsin ki, bu qərarı verdiyimə görə karyeram onların istədiyi kimi olmadı, ancaq mənim soy-köküm buraya bağlıdır, burda oynamalıyam deyə düşündüm. O dövrdə Ruslan Niqmatulin və mən Rusiyanın favorit qapıçılardan idik. Davamlı olaraq milliyə çağırılırdıq. Əlbəttə, Azərbaycanı seçdiyimə görə Rusiya tərəfdə qısqanclıq yarandığı açıq-aşkaq sezilirdi. Sonradan vətəndaşlıq aldım və Bakıdakı evimizi satıb Rusiyada ev aldıq.
– 1993-cü ildə rəhmətlik atanız “Neftçi”yə baş məşqçi təyin olunanda onun yanına qayıtmağı təklif etmişdimi?
– Yox, elə şey olmadı. Biz çempion olanda komandanı Əhməd Ələsgərov çalışdırırdı. Sonra o, səhv etmirəmsə, “Çernomorets”ə getdi və komandaya atamı baş məşqçi təyin etdilər. Atam da bilirdi ki, karyeramı Rusiya çempionatı ilə bağlamışam. Yəqin ki, buna görə geri qayıtmağımı istəmirdi. Hərçənd indi anam deyir ki, bəlkə də, burada qalsaydım, daha fərqli olardı, ancaq olan artıq olub, indi nəyisə dəyişmək olmaz. 
– Bu sualı ona görə verirəm ki, indi gənc azərbaycanlı futbolçular legioner həyatı yaşamağa başladıqları ilk aylardaca darıxmaqdan şikayətlənirlər, kimisi ailəsi, kimisi doğma şəhəri üçün darıxdığını deyir. Sizdə də belə hisslər var idimi?
– Azərbaycan çempionatı üçün darıxdığımı deyə bilmərəm, amma Bakı üçün çox darıxırdım. Razılaşın ki, hətta o dövrdə də Rusiya çempionatı ilə Azərbaycan çempionatı arasında səviyyə fərqi çox böyük idi. Düşünürdüm ki, əgər Azərbaycan çempionatına qayıtsam, geri addım atmış olacağam, karyeramda eniş olacaq. Ancaq milli üçün qayıdırdım, hərçənd yığmada da vəziyyət pis idi. Heyətdə Vəli Qasımov, Emin Ağayev, Yunis Hüseynov, Vyaçeslav Lıçkin, İqor Getman, Aleksandr Jidkov və s. kimi səviyyəli futbolçular oynayırdılar.
Evdə oynadığımız oyunlarda, məsələn, Portualiya və Slovakiyaya qarşı matçlarda yaxşı nəticələr qazanmışdıq. Ancaq maliyyə sarıdan vəziyyət pis idi. Məsələn, ölkə xaricindən gələn futbolçulara adi təyyarə biletinin pulunu vermirdilər, mükafatdan, ümumiyyətlə, danışmaq olmazdı. Formanı da çətinliklə tapırdıq. Belə dövr olub, peşman deyiləm. Oynadığım komanda, doğrudan da, yaxşı, mehriban idi, hamının qanında patriotluq var idi. Demirəm ki, indi yığmamız çox yaxşı oynayır, ancaq hiss edirsən ki, vəziyyət get-gedə düzəlir. 
Rusiyada oynayada təkcə Bakı üçün darıxırdım, burda tanışlarım, dostlarım var. Hətta indi də ailəm Rusiyadadır, mən isə Bakıda işləyirəm. Moskvada da işləmək imkanım var, ancaq mən bu şəhərə bağlıyam. Ümumiyyətlə, burada atamın adına qapıçılar məktəbi açmaq ən böyük arzumdur, inşallah, tezliklə gerçəkləşdirərəm.
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 
 
 
 
 
 
(ardı var)

Son yazılar

To Top