“Neftçi”dən qələbə
16.03.2022 , 17:39
“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, komanda XX turda “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın qollarını Bahadur Quliyev və Fariz Xeyrullayev vurublar.
“Neftçi” 18 oyundan 44 xalla 1-ci yeri tutur.