“Neftçi”dən ilk transfer – Rəsmi
12.06.2021 , 16:30
“Neftçi” bu yay ilk transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, paytaxt klubu paraqvaylı futbolçu Sezar Meza Kolli ilə 2 il – 2022/2023-cü illər mövsümünün sonunadək müqavilə imzalayıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”də 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Keşlə” (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb. O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.