“Neftçi”də növbəti ayrılıq
22.06.2023 , 15:14
“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” gürcüstanlı yarımmüdafiəçi Vato Arveladze ilə müddəti başa çatan müqaviləni yeniləməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ilin avqustunda transfer olunmuş Arveladze “Neftçi”nin heyətində 20 rəsmi oyunda meydana çıxıb.