“Neftçi”dən yeni transfer – Rəsmi
23.07.2023 , 10:57

“Neftçi” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Sepsi”dən ayrılan Mark Tamaşı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Macarıstanlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
