“Neftçi”dən yeni transfer – Rəsmi
23.06.2022 , 14:58

“Neftçi” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, A.Caberin son klubu “Aşdod” olub. İsrailli oyunçunun yerli klubla müqaviləsi bu yay başa çatıb və o, komandadan ayrılıb.
