“Neftçi”dən yeni transfer – Rəsmi
17.09.2021 , 19:47

“Neftçi” növbəti transferini reallaşdırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçi komandanın heyətində 7 nömrəli formanı geyinəcək.
Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010-2018), “Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın “Maritimu” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Superkubokunu qazanıb
