Ölkə futbolu

“Neftçi”dən yeni transfer

16.10.2020 , 13:59

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Korner.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, alban dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. Teluşi müqavilə imzaladıqdan sonra əsgər salamı verməsi ilə diqqət çəkib.

Bruno Teluşi İtaliyanın “Virtus Entella” (2007-2011), Albaniyanın “Flamurtari” (2011-2017), “Partizani” (2018-2020), “Kukesi” (2020) və Xorvatiyanın “Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Son yazılar

Yuxarı