“Neftçi”dən yeni transfer
06.09.2023 , 10:22

“Neftçi” yeni transferi Reziuan Mirzovla müqavilənin detallarını açıqlayıb.
Korner.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Mirzov “Neftçi”də 22 nömrəli formanı geyinəcək.
Rus futbolçu daha əvvəl “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında çıxış edib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
