“Neftçi”dən xanım azarkeşlərə jest
26.11.2021 , 17:54

“Qadına qarşı zorakılığa son!” şuarı ilə “16 günlük fəallıq” kampaniyasına dəstək vermək üçün Premyer Liqasının XII turunda noyabrın 27-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçına gələcək xanımlar stadiona biletsiz daxil ola biləcəklər.
Korner.az xəbər verir ki, bu barədə “Neftçi”nin sosial şəbəkə hesabı məlumat yayıb.
