"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə flaqmanın syerra-leoneli futbolçusu Julius Vobayın heyətdən ayrılacağıyla bağlı xəbərə münasibət bildirib.
O, Korner.az-a açıqlamasında Vobayın əvvəlki klubuna – Rumıniyanın "Universitate Kluj" klubuna geri qayıtmasının gündəmdə olmadığını deyib:
"Vobay müqaviləylə "Neftçi"yə məxsusdu və bu kimi söhbətlərə, təkliflərə yalnız mövsümün sonunda baxıla bilər. Biz hələ ki ötənilki çempionluğumuzu təkrarlamağa köklənmişik".
G.Abbaszadə bildirib ki, Vobay da çempionluğa addımlayan komandanın bir parçasıdı və klub onun heyətdə qalmasında maraqlıdı.
