“Neftçi”nin “Fənərbağça”nın sabiq futbolçuları Aleks və Deyividlə güclənə biləcəyi haqda az öncə sizə xəbər vermişdik.
Məsələni tam dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuad xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladı. “Ağ-qaralar”ın rəsmisi Korner.az-a açıqlamasında bunları dedi:
“Bizə bir çox futbolçular təklif olunub. Bildiyiniz kimi, “Neftçi”nin hədəfləri böyükdü. Çempionlar liqasında uğurla çıxış etmək istəyirik. Odur ki, heyətə hədəflərimizə uyğun futbolçu transfer etməliyik. Bu baxımdan, “Neftçi”yə ulduz futbolçunun transferi istisna deyil. Amma, əsas məqsəd komandamıza xeyir verə biləcək və avrokuboklarda yükü üzərinə götürə biləcək futbolçu olmalıdır. Transfer çalışmalarımızı davam edir və bizə onlarla oyunçu təklif olunur. Ona görə də qiyməti münasib olan və bizim kriteriyalara uyğun oyunçu cəlb etməyə çalışırıq. Yeni gələcək futbolçular ulduz da ola bilər, tanınmayan da.”.