“Neftçi”dən Rusiya klubuna
25.06.2024 , 18:47

“Neftçi”dən ayrılan Reziuan Mirzovun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Rusiyada davam etdirəcək.
31 yaşlı oyunçu bundan sonra “Ximki”nin uğurları üçün çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Reziuan Mirzov 2023/2024 mövsümündə “Neftçi”də çıxış edib.
