“Neftçi” klubunun rəsisi Güloğlan Cabbarov istefa verib.
Bu barədə Korner.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib: “Bəli, Güloğlan Cabbarov istefa verib. Artıq o, istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Ancaq istefanın qəbul olunub-olunmayacağı haqda hələ nə isə demək olmaz”.
G.Cabbarov isə futbolda qalmaq istəmədyinii bildirib:
“Daha futbolda qalmaq istəmirəm. Götürün, kadrlara baxın. Hər şey lentə alınıb. İstefa ərizəmi oyundan dərhal sonra rəhbərliyə təqdim etmişəm. Uğurumuza kölgə salmaqdan zövq alanlarla psixoloji müharibə aparmaqdan yorulmuşam”.