Azərbaycan Premyer Liqası təmsilçisi “Neftçi” yoxlama oyunu keçirib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əvəzedici heyətlə görüş əsas komanda 3:1 hesabı ilə qalib gəlib.
Mirabdulla Abbasovun hesabı açdığı görüşdə digər qolları “Neftçi”də ilk oyununu keçirən yeni transfer Antonio Quinta (Anyete) və Erik Ramos vurublar. Əvəzedicilərdən isə Aqşin Qurbanlı fərqlənib.
