“Neftçi”dən qələbə, “Sumqayıt”dan məğlubiyyət
09.11.2022 , 16:52

Bu gün I Divizionda XI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
“Kəpəz”in əvəzedici komandası səfərdə “Qarabağ-2″ni məğlub edib. “Zaqatala” “Sumqayıt-2″dən, “Neftçi-2” isə “Zirə-2″dən üstün olub.
Autsayder “İmişli” “Şamaxı”nı minimal hesabla məğlub edərək, mövsümdə 2-ci qələbəsini qazanıb.
I Divizion
XI tur
9 noyabr
Neftçi-2 – Zirə-2 – 3:0
Qollar: Elşad Tağıyev, 8, Ramin Nəsirli, 42, Vüsal Əsgərov, 54
Zaqatala – Sumqayıt-2 – 3:1
Qollar: Roini İsmayılov, 16, Cəlal Cəbrayılov, 59, İbrahim Qədirzadə, 83 – Vüsal Alızadə, 43
Qırmızı vərəqə: Raul Həsənzadə, 35 (“Sumqayıt-2”)
Qarabağ-2 – Kəpəz-2 – 1:4
Qollar: Emil Abbasov, 49 – Rauf Əliyev, 62 (penalti), 72 (penalti), 80, Əli Səmədov, 90
İmişli – Şamaxı-2 – 1:0
Qol: Elnur Səmədov, 38 (penalti)
Qırmızı vərəqə: Bayram Əliyev, 63 (“İmişli”)
