"Son 5 klubun qaldığı siyahıda, məncə, ən güclü rəqib məhz "Skenderbeu" idi. Amma, olsun. "Neftçi"nin ötən il məğlub etdiyi komandalarla müqayisədə "Skenderbeu"nun zəif olduğunu etiraf etməliyəm".
Bu sözləri Korner.az-a açıqlamasında “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
"Ağ-qaralar"ın rəsmisi Albaniya təmsilçisini zəif saymadığını da bildirib:
"Lakin, onunla da razılaşaq ki, daha asan rəqiblə də qarşılaşa bilərdik. Buna baxmayaraq, əgər keçən ilki uğurun davamını gətirmək istəyiriksə, "Skenderbeu" bizi qorxutmamalıdır. Mütləq qələbə qazanmalıyıq. Bu rəqibi keçməyə mənəvi borculuyuq. Ona görə də qələb qazanacağımıza və azarkeşləri sevindirəcəyimizə inamım böyükdü. Təbii ki, azarkeş dəstəyi ilə. İlk matç evdədi və doğma azarkeşlərimiz önündə cütün taleyini həll etmək lazımdı".