"Sabah "Neftçi" doğma azarkeşlər önündə oynayır vəı bu əsas amildi. "Rubin" "İnter"lə birgə qrupda liderdi. 7 xala malik komandayla oyunda kimsə "Neftçi"dən artıq nə isə gözləməyəcək. Düzdü doğma meydanda ən azından udzumamağa çalışacaq "Neftçi". Lakin reallıqla yanaşsaq "Neftçi"nin işi çox çətindi".
Bu sözləri Korner.az-a açıqlamasında AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev deyib. İşsiz mütəxəssis heyətin kasad olması səbəbindən "Neftçi"nin yaxşı nəticələr qazana bilmədiyni bildirib:
"Neftçi" Avropa Liqasına vəsiqə qazanmaqla əsas işin öhdəsindən gəlib. Əgər məqsəd qrupdan çıxmaqdırsa o zaman, heyəti gücləndirməlisən. Baxın, "İnter" Bakıda ikinci heyətlə mübarizə apardı və istədiyi nəticəni də, qazandı. Lakin "Neftçi"nin ikinci heyəti demək olar ki, yoxdu. "Neftçi"dən mən o zaman nəticə gözləyərdim ki, ən azı 3 dənə Flavinyo kimi oyunçusu olsun. Bu cür möhtəbər yarışa qatılırsansa heyətini də, gücləndirməlisən. Bu səbəbdən "Neftçi" bir neçə cəbhədə mübarizə apara bilmir. Yorğunluq öz sözünü deyir. Ümidvaram ki, sabahkı oyunda "Neftçi" azarkeşlərimizi sevindirəcək".
