“Neftçi”dən növbəti qələbə
28.06.2018 , 21:05

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyunu keçirib.
Roberto Bordinin komandası “Dunarea Kalarası” (Rumıniya) ilə qarşılaşıb. Matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb
“Neftçi” – “Dunarea Kalarası” (Rumıniya) – 2:0
Qollar: Dario Frederiko, 39, Mirabdulla Abbasov, 60
Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda Makedoniyanin “Şkupi” klubuna 2:0 hesabı ilə qalib gəlmişdi.
